Xəbərlər

20.09.2019

Zeynal Kərimzadə: "Bu ölkədə futbol hər bir uşaq üçün əlçatan olmalıdır"

“Gilavar” FC uşaq futbol məktəbinin təsisçisi olan Zeynal Kərimzadə ilə müsahibə.

Yarım ildən artıq uğurla həyata keçirilən kiçik biznesin ən  qeyri standart  ideyalarından birinin maraqlı hekayəsi.  2018-ci ilin 17 fevralında, Bakı şəhərində 3 yaşdan yuxarı uşaqlar üçün futbol məktəbi açıldı. Biz müsahibədə  bu cür qeyri standart və maraqlı istiqamətli olan  məktəbin konsepsiyası, yaradılma ideyası və gələcək planları barədə bilmək istəyərdik.

  • “Gilavar” FC uşaq futbol məktəbinin yaradılması ideyası necə yarandı?

Əslində biznes baxımından ideya heç də adi və prespektivli deyil, xüsusən də 11 il stajı olan bank işçisi üçün (gülür) Mənim bu ideyama şübhə iliə yanaşan bütün dost və tanışlar məhz bu sözlərlə məni bu fikirdən daşındırmağa çalışırdı. Bütün bu müddət ərzində, hər zaman mənim istənilən  təşəbbüslərimdə mənə dəstək olacağını söyləyən  həyat yoldaşım Aysel  ruhlandırırdı. Yeri gəlmişkən açılış mərasimini və bizim çalarlarda tərtibatını bütövlüklə  məhz o etmişdi.  Mənim anam və bacım da, ideyanın yaranma anından onun həyata keçirilməsinə qədər  mənimə birlikdə həyəcan keçirirdilər  və mən buna görə hədsiz dərəcədə onlara minnətdaram.  Əslində hər şey  iki yaşlı oğluma futbol məktəbi axtaranda  başlandı.  Mən özüm futbolun hədsiz dərəcədə azarkeşi olduğumdan çox istədim ki, oğlum da məhz bu istiqamətdə inkişaf etsin. Mənim axtarışlarım səmərəsiz oldu,  qismən normal məktəblər isə  6-7 yaşdan sonra məktəblərə qəbul etməyə başlayırdılar. O an mən dərk etdim ki, istədiyim məhz budur - övladım üçün, digərlərinə bənzəməyən qeyri-adi bir şey yaratmaq.  Anladım ki, fəal olmaq lazımdır və futbol ilə nə vaxtsa təmasda ola bilən bütün tanışlarıma zənglər etdim,  internetdə digər ölkələrin məktəblərinin təcrübəsi barədə oxumağa başladım, inkişafın müxtəlif modellərini öyrəndim.  Məşqçılərin seçilməsində ilk mərhələlərdə mənə yaxın dostum və keçmiş futbolçu , həmçinin böyük futbolda peşəkar məşqçi olan Anar Vəliyev kömək etdi.

  • Məktəbin “Gilavar” FC adı nə deməkdir və niyə siz daha futbola uyğun ad seçmədiniz?

 Mən hər zaman ölkəmin tarixində, istiqaməti vacib olan  bir iz qoymaq istəmişdim. Mənim üçün Gilavar doğma Bakımın cənub küləyidir. Hər kəsə və hər zaman bu klubun harada yarandığını və onun hansı dəyərləri olduğunu yada salan bir təsəvvürdür. Külək elementi əlavə edilməklə, hazırlanan loqotip bir xarici layihəçi şirkət tərəfindən tərtib edilmişdir.  Bir çox insanlar sosial şəbəkələrdə bizim loqonu  Santos klubunun loqosu ilə müqayisə edərək çox müzakirə edirdilər, lakin müəyyən bənzərliyinə baxmayaraq bu tamaamilə fərqli motivlərdir.  Mən 1994-cü ildən İtaliya yığmasının və 1996-cı ildən Yuventus klubunun azarkeşiyəm, sevimli komandamın elementini loqotipə əlavə etməyə qərar verdim.  Yarı azərbaycan yarı italyan bir loqo alındı. Mən onunla heyrətlənirəm, və ümid edirəm ki nə vaxtsa onu seçmə  yarışlarda görəcəyik.

  • Sizin məktəbinizin əsas dəyərləri nədir? Uşaqlarla münasibəti necə qurursunuz?

Biz bütün balaca futbolçularımıza həyacanla yanaşırıq. İki uşaq atası olaraq, valideyinlər uşaqları üstündə necə əsirlər və onların bütün suallarını və qeydlərini mən çox gözəl anlayıram.  Biz daima müştərilərimizə xidmət keyfiyyətinin və həm valideyin həm də uşaqlarla ünsiyyətin  yaxşılaşdırması üzərində işləyirik.  Bizim məşqçilər müəyyən meyarlara uyğun olaraq seçiliblər, uşaq və bu yaş həddində məşq etdirmək üçün UEFA-nın lisenziyaları  vardır.   Bu yaxınlarda, uşaqlarla işləmək üçün ukraina məşqçısının çox uğurlu transferini etdik.  Bu təcrübə mübadiləsində və uşaqların inkişafı proqramına yeniliklərin əlavə edilməsində çox müsbət təsir göstərəcək.  Məşqlərimiz qarışıqdır,  biz futbolu, əyləncəni, oyunları və fiziki inkişafı  birləşdiririk.  Bizim üçün vacib - uşaqların sağlamlığı, idmana sevgini artırmaq, qələbə üçün ehtiras yaratmaq, qoyulan məqsədlərə çatmaq, komandada işləmək və ən əsası  düşünməyı öyrətməkdir.  Çoxları düşünür ki, futbol fiziki oyundur, lakin mən tamamilə əminəm ki, futbolda tam nəticəni düşünməyi , təhlil etməyi və oyunu və hərəkətlərini hesablamağı bacaran futbolçular əldə edə bilərlər.

-Sizin reklam materiallarında deyilir ki, siz uşaqlara məşqləri italyan proqramı üzrə keçirirsiniz, bu doğrudurmu?

Bu əsl həqiqətdir. (gülür).  Əslində bizim arsenalda, İtaliyanın  "А"  seriyasının məşqçiləri tərəfindən tərtib edilmiş Mirko Mazzantini (ACF Fiorentina) və Simone Bombardieri (Empoli FC) 5-8 yaş həddində olan uşaq futbolunun inkişafı proqramı vardır. Əslində, bizdə uşaq yaşlarına uyğun olaraq uyğunlaşdırılmış müxtəlif proqramlar çoxdur. Həmçinin, biz bu yaş həddində uşaqlarla praktik işlər aparan xarici həmkarlarımızla  daima danışıqlar aparırıq.

-Sizin məktəbdə məşğul olan uşaqların hansı prespektivləri vardır?  

Bizdə, müəyyən yaşda uşaqlarımızı peşəkar klubların akademiyalarına təyin etmək üçün bəzi yerli klublarla danışıqlar aparılır. Biz həmçinin MDB-nin bəzi klubları ilə də danışıqlar aparmağa başlamışıq.  Biz daha boyük yaş kateqoriya ilə işləməyi məqsəd qoymuruq, belə ki o bazar kifayət qədər doludur və bir çox  peşəkar klubların özlərinin akademiyaları var. Bizim vəzifəmiz:  3 yaşından 10 yaşına kimi olan uşaqlar üçün futbol aqreqatı olmaqdır.  Sonradan onları yaxşı klublara yerləşməklərini təmin etməkdir.  Biz  ölkədə  bu yaş kateqoriyası üzrə yeganə klubuq ki, uşağın sonrakı inkişafı və məşq şərtləri qeyd olunmaqla valideyinlərlə rəsmi müqavilə imzalayırıq. Biz nömrə 1-ik, çünki biz uşaqların və onların valideyinlərinin nə istədiyini bilirik !

-Ödənişli təhsil özünü doğruldurmu?

Tanıdığım yaxşı bir futbolçunun dediyi kimi: futbol bütün dünyada ödənişlidir.  Kİmsə futbolu ona öyrətsinlər deyə ödəniş edir, kimsə isə istedadlı olaraq ödənişsiz məşq edir ki, sonradan o ödənişi həmin məktəbə etsin.

Əslində biz də bu sahəyə belə yanaşırıq.  Biz ödənişi yalnız, öz xərclərimizi təmin etmək, stadionun icarəsi, məşqçilərə  və inzibati heyətə maaş vermək üçün götürürük. Mən buna,  aldığım zövqə görə ödəniş etdiyim hobbi kimi baxıram.  Bu gündə bundan pul qazanacaq deyə hər hansı gözləntilər və məqsədlər yoxdur. Üç aydan bir keçirdiyimiz istedadlı uşaqların seçmə proqramı  vardır və biz ən istedadlılarını bir il ərzində ödənişsiz məşqlər üçün seçirik.  Bu valideyinlər və uşaqlar üçün ən yaxşı motivasiyadır.  Seçmələrimizdə daima anşlaq olur, və biz futbolçu olmaq istəyən, lakin müəyyən səbəblərdən ola bilməyən hər kəsə  şans veririk.

-Gələcəkdə inkişaf planlarınız necədir?

Biz akademiyaya qədər yüksəlməyi, öz bazamızı vı stadionumuzu tikməyi, ölkədə uşaq və yeniyetmə futbolunu  inkişaf etdirməyi planlaşdırırıqMən istərdim ki, sonrakı nəslin uşaqları, bizim yığmamızın dünya və Avropa çempionatlarında çıxış etməyini görə bilsinlər.  Yaxınlarda biz uşaq bağçaları ilə işləməyə başlamışıq və əməkdaşlıq üçün bir neçə tərəfdaş seçmişik.  Bu, həm qızları həm də  oğlanları cəlb etdiyimiz  çox maraqlı bir layihədir.  Növbəti illər üçün  əsas istiqamətimiz , məktəbimizin filiallarını açmaq, uşaq bağçaları-tərəfdaşlarının sayını artırmaq və məktəblərin ibtidai sinifləri ilə işləməyə başlamaqdır. Biz futbolun sosial hissəsinə çox diqqət yetiririk, bütün uşaqlara özlərini futbolda sınamaq şansını yaradırıq, uşaqları küçələrdən yığıb daha prespektivli və düzgün yola istiqamətləndirmək üçün daima  işlər görürük.  Hal-hazırda biz internatdan olan uşaqlara, özlərini futbolda sınamaq üçün bizim məşqlərə qoşulma imkanları üzərində işləyirik. Futbol bu ölkədə hər bir üşaq üçün əlçatan olmalıdır.  

-İndi sizdə neçə uşaq hazırlaşır?

Hal-hazırda bütün yaş qruplarında 40 yaxın  uşaq hazırlaşır.  Onlar arasında ödənişli və ödənişsiz vardır.  İlin sonuna, iki dəfə çox olmağı planlayırıq.

-Sizim məşqlərə yazılma şərtləri necədir ?

Biz məşqləri şənbə və bazar günləri Gənclik m/s yaxın, saat 12:00-dan 13:00-dək keçiririk.

İki paketimiz var: Həftədə 1 dəfə-40 azn/ayda, həftədə 2 dəfə-60 azn/ ayda.

Bundan əlavə, bir ailədən iki uşaq qeydiyyata alınırsa, ikinci uşaq dərhal 50 % endirim əldə edir. 

Gələcəkdə biz daha əlverişli  ödəniş şərtləri və məşq cədvəlini yaratmağa çalışacağıq.

Bizim əlaqə nömrəmiz : 055 242 99 66

Ünvan: Fətəli Xan Xoyski 78, Caspian Shopping Centre yanında.

Vebsayt: www.gilavarfc.az

-Biznes açmağı düşünənlərə nə demək istərdiniz?

Birmənalı olaraq, fəaliyyətə başlamaq lazımdır. Əgər siz öz ideyanıza inanırsınızsa, əgər siz problemlər yarananda və bütün aləm sizə qarşı çıxsa belə ideyanızı  müdafiə etməyə hazırsınızsa  siz nəticələr əldə edə biləcəksiniz.  Müvəffəqiyyəti güclülər, özünə əmin və inadkar insanlar əldə edir. Hər zaman qərarları özünüz verin və heç kimi dinləməyin.

https://www.azerifootball.com/ru/7/news/40493.html

https://offsideplus.az/dig%C9%99r-n%C3%B6vl%C9%99r/7698-zeynal-k%C9%99rimzad%C9%99-bu-%C3%B6lk%C9%99d%C9%99-futbol-h%C9%99r-bir-u%C5%9Faq-%C3%BC%C3%A7%C3%BCn-%C9%99l%C3%A7atan-olmal%C4%B1d%C4%B1r

28070425_1549012991863156_6577591476730348344_o.jpg (167 KB)