GILAVAR FC - Uşaq Futbol Klubu

Gilavar FC - 2018-ci ildə Gilavar FC MMC şirkəti əsasında fəaliyyətə başladı. Bizim şirkətin əsas məqsədi, Azərbaycan uşaq futboluna dəstək olaraq uşaq futbol aqreqatoru yaratmaqdır. Biz peşəkar klublar üçün hazır gənc futbolçular böyüdürük və onların gələcək karyerasında dəstək oluruq. Klubun bir neçə peşəkar klub tərəfdaşı var və onlarla daimi danışıqlar aparılır. Hər 12 yaşa çatmış oyunçulara, tərəfdaş klublar tərəfindən baxış keçiriləcək və ən yaxşıları həmin klublara transfer olunacaqlar.

Gilavar FC - uşaq futbol klubunun məşqçiləri UEFA-nın "B" və "C" kateqoriyaları üzrə lisenziya alıblar.

Məktəbə 3-12 yaşlı uşaqlar qəbul olunur.